Azərbaycan Premyer Liqasının XIX turunun "Sumqayıt"la matçında zədələnən "Sabah"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Klubdan  verilən məlumata görə, qolundan xəsarət alan futbolçu tibbi müayinədən keçib. Onun vəziyyətinin yaxşı olduğu və məşqlərə qatıla biləcəyi vurğulanıb. Qeyd edək ki, Bəhlul Mustafazadə görüşün sonlarında komanda yoldaşı Saşa Stamenkoviçlə toqquşub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.